Havalandırma Sistemləri
- 26.04.2022
- 2250
Havalandırma sistemləri bütün inzibati və yaşayış binalarında quraşdırılan ən mühüm sistemlərdən biridir. Havalandırma sistemlərinin texniki xüsusiyyətləri beynəlxalq standartların normalarına cavab verməlidir.
Havalandırma sistemlərinin mühüm əhəmiyyəti olmasının səbəbi onunla izah edilir ki, bu sistemlərin yoxluğu nəticəsində qapalı yerlərdə karbon qazının və digər zərərli qazların artması müşahidə olunur. Bu isə insanların birbaşa səhhətinə təsir edir.
Havalandırma sistemləri aşağıdakı meyarlara görə təsnif olunur:
Havanın hərəkət etdirilməsi üsuluna görə: Təbii və mexaniki (məcburi);
Təyinatına görə : Vurma və sorma;
Hava dəyişimini təmin etməsinə görə: Ümumidəyişmə, təhlükəsizlik, tüstüsovurma;
Dizayn və quruluşuna görə: Kanal və Kanalsız.